Bərdədə 17 yaşlı gənc bıçaqlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48