Bərdə. 13 noyabr. REPORT.AZ/ Bərdə rayonunda biçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndi ərazisində salınan və məcburi köckünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Məmmədov Sənan Ceyhun oğlu həmyerlisi, 16 yaşlı Abbasov İsmayıl Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Yaralı yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.