Bərdə və Yevlaxda 10 kiloqramdan çox marixuana dövriyyədən çıxarılıb

Bərdə və Yevlax rayonlarında 10 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Məhəmməd Abbasovdan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum edilmiş Etibar Nəzərovun üzərindən 5 qram, evinə baxış keçirilən zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər xəbərlər