Bərdə sakinini bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutuldu

Bərdədə quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib, “VAZ-2106” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39