Bərdə sakinindən 3 kiloqrama yaxın narkotik maddə götürülüb

Bərdə. 10 may. REPORT.AZ/ Bərdə rayon sakinindən üç kiloqrama yaxın narkotik maddə götürülüb.

Bu barədə "Report"un Qarabağ bürosuna Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsinin rəisi Taleh Şamilov məlumat verib.

O bildirib ki, Bərdə RPŞ-nin əməkdaşları təfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qram, ona məxsus “Lada” markalı avtomobildən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21