Bərdə sakini su kanalında çimərkən boğulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda boğulma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Böyük Göyüşlü kəndində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini Cəmil Yunisli su kanalında çimərkən boğulub. 
Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37