Bərdə sakini təmir etdiyi təkərin partlaması nəticəsində ölüb

Bərdə rayon sakini sexdə təmir etdiyi təkərin partlaması nəticəsində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 1-i saat 18 radələrində baş verib.

1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47