Bərdə rayon sakini qəfildən dünyasını dəyişib.
“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Meşə massivi adlan ərazidə yerləşən yaşayış məntəqəsində baş verib.
Belə ki, rayon sakini 36 yaşlı Şamxal Ağa oğlu Hacıyev yaşadığı evdə dili qatlanıb.
Yaxınları tərəfindən ona dərhal ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.