Bərdə sakini həmyerlisi tərəfindən döyülüb

Bərdə. 17 yanvar. REPORT.AZ/ Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Şatırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əmirov Rəşad Rəşid oğlu həmyerlisi tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər