Bərdə rayonunda bıçaqlanna hadisəsi baş verib.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Rayon sakini 1983-cu il təvəllüdlü Əsgərov Seyid Sahib oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.