Bərdə sakini bıçaqlanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rüstəmov Saleh Rafiq oğlu həmyerliləri tərəfindən bıçaqlanıb.

Yaralı gənc Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.