Bakı. 9 Avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bərdə rayonunun Mustafaağalı kəndində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin dam örtüyü və 1 otağı yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb.