Bərdə polisinə yeni rəis müavini təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş-leytenantı Namiq Novruzov Bərdə Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Novruzov indiyədək Ağcabədi RPŞ-də digər vəzifədə çalışırdı.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39