Bərdə bazarında ölüm hadisəsi baş verib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bərdə bazarında ölüm hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib. Ağcabədi rayonunun Avşar kənd sakini 42 yaşlı Şükürov Əlizamin Yaşar oğlu bazarda dünyasın dəyişib.
Bazara satmaq üçün iribuynuzlu mal-qara gətirən Ə.Şükürovun kafedə ürəyi dayanıb.

Qeyd edək ki, Ə.Şükürov bir neçə vaxtdır ki, ürək xəstəliyinindən əziyyət çəkirmiş. O, iki dəfə infarkt keçirib.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26