Bələdiyyə sədrinə 3 min manatlıq cərimə yazıldı

Abşeron rayonu, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov 3 min manat məbləğində cərimələnib.

"Report" xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Bədəliyyə sədrinin cərimələnməsinə səbəb qəsəbə ərazisində məişət tullantılarının yandırılması olub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27