BDU-nun yataqxanasında intihar hadisəsi baş verib

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda daha bir intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Yasamal rayonu, Mətbuat prospekti 35-də yerləşən Bakı Dövlət Universitetinin (BDU) yataqxanasındakı istifadəsiz otaqlardan birində Bakı şəhər sakini 1960-ci il təvəllüdlü Mütəllim Rəhimov özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41