Baykal gölündə 6 bal gücündə zəlzələ olub

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində zəlzələ olub. "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Baykal gölünün akvatoriyasında qeydə alınan yeraltı təkanların gücü 6 bal təşkil edib.

Zəlzələ ötən axşam Bakı vaxtı ilə saat 20.27 radələrində qeydə alınıb.

Yeraltı təkanların episentri gölün mərkəzində yerləşən Olxon adasında olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19