Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.
Qeyd edək ki, S.Bayramov ötən il Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 400 manat dəyərində qızıl əşyalarını oğurlayıb.