Bayıl bazarında bıçaqlanma hadisəsi baş verib

Bakı. 2 aprel. REPORT.AZ/ Bakının Səbail rayonu ərazisində bıçaqlanma olub.

"Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Tanrıverdiyev Rizvan Şamil oğlu Bayıl qəsəbəsində yerləşən bazarda tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11