Bakı. 2 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda dənizdə batan 1986-cı il təvəllüdlü, Xanəliyev Mehman Şakir oğlunun meyti tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, M.Xanəliyevin cəsədi ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 35 km aralı, nəzarətsiz ərazidən tapılaraq aidiyyəti üzrə təhvil verilib.