Batabat yolunda avtomobil yoldan çıxaraq aşıb, 5 nəfər xəsarət alıb

Naxçıvanda baş vermiş ağır yol qəzasında 5 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21