Bakıda başqasının hesabından pul oğurlayan qadın saxlanılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda başqasının hesabından pul oğurlayan qadın saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarsənin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əmri Əliyevin “Kapital bank”dakı hesabından 200 manat çıxararaq oğurlayan paytaxt sakini İrina Sadıxova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37