BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ötən gün axşam BASF-ın kimya zavodunun boru kəmərində baş verən partlayış nəticəsində müəssisənin iki yanğınsöndürən əməkdaşı ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfər isə yaralanıb, onlardan 8 nəfərinin vəziyyəti ağırdır.

Ağır yaralılardan 6 nəfər xüsusi intensiv müalicə alır. Bir nəfər barədə isə məlumat yoxdur. Onun meyitinin müəssisənin limanının dərinliklərində olduğu ehtimal edilir.

BASF-ın məlumatına görə, etilen və propilen yanıb. Gecə saatlarında yanğının söndürülməsinə nail olunsa da, ərazidə temperaturun aşağı salınmasına çox vaxt tələb olunub. Əraziyə giriş hələ də qadağandır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38