Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib

Bakı. 15 noyabr. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izləyib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik N.Sadıkov müxtəlif qoşun növü və qismlərinin əməliyyatların planlaşdırılması və bölmələrin idarə olunması qruplarının fəaliyyətlərini yoxlayaraq müvafiq tapşırıqlar verib.

Digər xəbərlər