Baş Prokurorluq insanlara hədə-qorxu gələn şəxslərlə bağlı videomüraciət edib

Baş Prokurorluq sosial şəbəkələr vasitəsi ilə insanlara hədə-qorxu gələn şəxslərlə bağlı videomüraciət edib.

"Report"un xəbərinə görə, videomüraciətdə vətəndaşlardan hədə-qorxu ilə tələb etmə ilə bağlı hadisələrlə qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

“Bildiririk ki, müraciətləri üzrə konfedensiallıq təmin edilməklə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək", - videomüraciətdə qeyd edilib.

Digər xəbərlər