Ban nömrəsi beynəlxalq axtarışda olan nəqliyyat vasitəsi Azərbaycanda saxlanılıb

Bakı. 30 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47