Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

Bakının Sabunçu rayonunun "Balaxanı işıqforu" adlanan ərazisində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

“Report” xəbər verir ki, nəticədə "VAZ"ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona alının kəsiyi və əziyi, sol dirsəyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı polisə məlumat verilib və araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14