Balakəndə yol qəzası zamanı sürücü ölüb

Bakı. 19 iyul. REPORT.AZ/ Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə İyulun 18-də Balakən şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakiniləri Tofiq Məcidovun idarə etdiyi "BMV" və Qurban Alqayevin idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü T.Məcidov orada ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50