Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanıldı

Balakən Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Katex kəndində yerləşən evlərin birindən 1 200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər - rayonun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. 

Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39