Balakəndə evdə yanğın olub

Bakı. 26 Fevral. REPORT.AZ/ Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavanının bir hissəsi yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər