Balakəndə evdə tək qalan psixi xəstə yanaraq ölüb

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman içəridə ocaq qalayıb və yanıq xəsarətləri alıb.

34 yaşlı R.Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər