Balakəndə ev yanıb, bir nəfər yanıq xəsarəti alıb

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36