Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub. Nəticədə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıb. Taksi fəaliyyəti ilə məşğul olan sonuncunun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilərkən 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı N.Rzayevdən isə heroin götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib. Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib. Razılığa gəldikdən sonra N.Rzayev tanışları Z.Rzayev və E.Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni vatsap üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Balakəndə əcnəbi narkotacirə kuryerlik edən şəxsdən 10 kiloqram narkotik götürülüb
Digər xəbərlər
Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb
26 oktyabr, 2026 / 11:25
Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
26 oktyabr, 2026 / 09:28
Sumqayıtda beş avtomobil toqquşub
25 oktyabr, 2026 / 15:56
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
25 oktyabr, 2026 / 11:08
Salyanda evə düşən ildırım yanğına səbəb olub
25 oktyabr, 2026 / 10:02
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
25 oktyabr, 2026 / 00:14
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
24 oktyabr, 2026 / 20:45
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24 oktyabr, 2026 / 15:27
Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 14:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 10:34
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
24 oktyabr, 2026 / 09:37
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - Yenilənib
23 oktyabr, 2026 / 22:18
Gəncədə beşaylıq körpə ölüb
23 oktyabr, 2026 / 19:14
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
23 oktyabr, 2026 / 18:57
4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
23 oktyabr, 2026 / 17:54
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
23 oktyabr, 2026 / 17:26
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
23 oktyabr, 2026 / 16:29
Göyçayda evlərdən 24 min manat oğurlanıb
23 oktyabr, 2026 / 16:21