Balakəndə 68 yaşlı kişi itkin düşüb

Bakı. 13 avqust. REPORT.AZ/ Balakən rayonunda 68 yaşlı kişi itkin düşüb.

FHN-dən "Report"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun avqustun 10-da Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Bu gün səhər saatlarında FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48