Balakəndə avtomobil 36 yaşlı piyadanı vuraraq xəsarət yetirdi

Balakən rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Talalar kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Əsəbəli Bəxtiyar oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ə.Əhmədova kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26