Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50