Bakıda naməlum kişi meyiti tapılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda naməlum kişi meyiti tapılıb. Report-un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, meyit paytaxtın Nizami rayonunun Elşən Süleymanov küçəsində aşkar edilib. Tapılan 50-55 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda polislər dünyasını dəyişən kişinin şəxsiyyətinin tapılması istiqamətində araşdırmalarını davam etdirirlər. Ölümün səbəbləri isə Nizami rayon Prokurorluğunda araşdırılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29