Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda iki qonşu bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1988-ci il təvəllüdlü Musayev Ülvi Əlimirzə oğlu və onunla qonşuluqda yaşayan 1986-cı il təvəllüdlü Heydərov Zaur Bəxtiyar oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralıların hər ikisi döş qəfəsinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb.
Hazırda Suraxanı RPİ və 31-ci Polis Bölməsinin əməkdaşları iki qonşunu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir.