Bakıda iki nəfərdən silah-sursat götürülüb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfərdən silah-sursat götürülüb.

Bu barədə Report-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bunlar Bakı şəhər sakini Emin İsgəndərov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanodur.

A.Süleymanovdan nömrəsi silinmiş “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş disk götürülüb.

Hə iki şəxs tutulub.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12