Bakıda bıçaqlanma hadisəsi olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Binəqədi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsindəki "Zəngəzur" restoranının yaxınlığında baş verib. Hadisə zamanı Zərdab rayonundan paytaxta qardaşıgilə qonaq gələn 1976-cı il təvəllüdlü Qurbanov Ədalət Ağasif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda Binəqədi RPİ əməkdaşları Ədalət Qurbanovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19