Bakıxanov Çörək Zavodunun maşını qəzaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda, Atəşgah dairəsi ərazisində qeydə alınıb. 

Belə ki, Bakıxanov Çörək Zavoduna məxsus "QAZel" markalı yük maşını "Toyota" markalı avtomobillə toqquşub. Hər iki sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47