Bakı. 22 mart. REPORT.AZ/ Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gündən etibarən (22-dən 23 mart tarixinə keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.