​Bakının Sabunçu rayonunda ev yanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Günorta saatlarında paytaxt Bakının Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nəticədə birmərtəbəli 4 otaqlı evin dam örtüyü və mətbəxinin tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27