Bakının Nəsimi rayonunda 18 yaşlı gənc bıçaqlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1999-cu il təvəllüdlü Rəhimov Əli Şahin oğlu Azadlıq prospektində tanışı ilə mübahisə edən zaman bıçaqlanıb.

Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36