Bakının mərkəzində restoranda yanğın olub

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən "Al Furat" restoranında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb. 

Restoran və bina yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47