Bakının mərkəzində meyit tapılıb

Bakı. 9 mart. REPORT.AZ/ Bakının mərkəzində kişi meyiti tapılıb. “Report” xəbər verir ki, martın 9-da saat 01 radələrində Nəsimi rayonu 28 May küçəsindəki 36 saylı binanın həyətində 55-60 yaşlarında üzərində zoraklıq əlamətləri olmayan naməlum kişi meyiti aşkar olunub. Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər