Bakının mərkəzində 12 yaşlı uşağın meyiti tapılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.

Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğununun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47