​Bakının Lökbatan qəsəbəsində atışma baş verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Lökbatan qəsəbəsində silahlı insident baş verib.

Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hazırda hadisə yerində əməliyyat-axtarış tədbirləri görülür. Hadisənin tam təfərrüatı barədə rəsmi açıqlama veriləcək.

Hadisə şahidləri silahlı insident nəticəsində yaralıların olduğunu bildiriblər.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48