Bakı. 1 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Salmanov Əfqan Ramiz oğlu Koroğlu parkında tanımadığı şəxslə əlbəyaxa dava edib.
Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır.