Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib

Bakının Heydər Əliyev prospektində (Azərbaycan Dövlət Neft Fondunun inzibati binasının yaxınlığında) əsas yolda “Koroğlu” metro stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu səbəbdən də, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29